Chata girişBölmələrƏn son forumdaTop 10 xəbər müəllifləri
|
21:53 Tbilisi metropolitenində yanğın
Yanvarın 29-da Tbilisi metropoliteninin Avlabari stansiyasında yanğın baş verib. Lent.az-ın “Qruziya Online”-a istinadən məlumatına görə, yanğın barədə ilk siqnal saat 19.49-da alınıb. Tbilisi şəhər fövqəladə hallar komissiyasının rəisi Temur Giorqadzenin bildirdiyinə görə, hadisə nəticəsində 10 nəfər tüstüdən zəhərlənib. Yanğının yüksək gərginlikli elektrik naqillərində qısa qapanmadan törədiyi ehtimal edilir.
Hal-hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası işləyir. Onların məlumatına görə, hadisə stansiyalardakı sərnişinlər evakuasiya edilib. Yanğın demək olar ki, zərərsizləşdirilib. Zəhərlənənlər xəstəxanaya yerləşdirilib. Tbilisi metropoliteni hələ ki işləmir, hərəkətin yanvarın 30-da bərpa ediləcəyi bildirilir. Serhlerin Sayi: 1
|